...

Gürcüstanın müxalifət partiyası hökumət əleyhinə iki şikayət təqdim edib

Siyasət Materials 24 İyun 2009 20:57 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 24 iyun / Trend , müxbir N.Kirsxaliya /

"Vahid Gürcüstan Hərəkatı" Baş Prokurorluğa iki şikayət verib. Birinci şikayət mayın 6-da Baş Polis İdarəsinin yanında baş vermiş insidentlə bağlıdır. Bu gün partiyanın lideri Eka Beseliya mətbuat konfransında bildirib.

Şikayətlər Levan və Georgi Qaçeçiladze, Şalva Obqaidze, Gii Maisaşvili, David Qamkrelidze və digər müxalifət fəallarının adından insidentdə təqsirli olanların cəzalandırılması məqsədi ilə veriləcək.

İkinci şikayət iyunun 18-də Prezidentin Avlabari iqamətgahı yaxınlığında etirazçılar və yerli sakinlər arasında baş vermiş toqquşma barədə olacaq. Beseliya iddia edir ki, etirazçıların üzərinə yerli sakinlər hücum etməyib və bu səbəbdən iqamətgah ərazisində yerləşdirilmiş kameraların video görüntülərini tələb edir.

"Vahid Gürcüstan Hərəkatı" hər iki insidentin təhqiqatında beynəlxalq monitorinqin tətbiq edilməsini tələb edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti