...

"Azerbaijan International" jurnalının təsisçiləri Hafiz Paşayev adına mükafata layiq görülüblər

Siyasət Materials 1 İyul 2009 19:49 (UTC +04:00)
"Azerbaijan International" jurnalının təsisçiləri Hafiz Paşayev adına mükafata layiq görülüblər

Azərbaycan, Bakı, 01 iyul / Trend , müxbir Ü.Sadıxova /

Bu gün "Azerbaijan International" jurnalının təsisçiləri Piruz Xanlou və Betti Bleyerin Hafiz Paşayev adına mükafata layiqgörülmə mərasimi keçirilib.

Hafiz Paşayev adına mükafat ABŞ və Azərbaycan arasında münasibətlərin inkişafı sahəsində təsis edilib. Mükafatla ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafına xüsusi töhfə vermiş şəxslər təltif olunur. O, 2008-ci ildə təsis edilib və onun ilk laureatı Hafiz Paşayev - Azərbaycanın ABŞ-dakı sabiq səfiri olub.

Bu gün bu mükafata Piruz Xanlou və Betti Bleyer layiq görülüb. Onlar 1993-cü ildən nəşr olunan "Azerbaijan International" jurnalının təsisçiləridirlər. Bu, ABŞ-da nəşr olunmağa və Azərbaycan mədəniyyəti və tarixi haqqında dolğun informasiya verən ilk jurnaldır.

"Biz ikinci dəfə mükafat vermək istəyəndə, onu Piruz Xanlou və Betti Bleyerə təqdim etmək qərarına gəldik. Onlar 1993-cü ildə, çətin dövrlərdə ABŞ-da bu jurnalı yaratdılar. Jurnal həmin zamanda göstərdi ki, gələcəkdə o, daha böyük bir məhfuma çevriləcək. Mədəniyyət və dil sahəsindəki bütün bu layihələr xalqa yeni məlumat verir. Biz ABŞ və Azərbaycan arasındakı münasibətlərin möhkəmlənməsi üçün hər şeyi etdik", - ABŞ-ın Azərbaycandakı sabiq səfiri Enn Dersi bildirib. Dersinin sözlərinə görə, jurnal iki ölkə arasındakı münasibətlərin möhkəmlənməsində öz rolunu oynayıb.

Öz növbəsində Diplomatiya Akademiyasının rektoru Hafiz Paşayev bildirib ki, ABŞ-da səfir olan zaman həmişə iki ölkə arasındakı münasibətlərin möhkəmlənməsinə çalışıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti