...

Azərbaycan regiondakı sabitlik üçün vacib ölkədir – ATƏT sədri

Siyasət Materials 1 İyul 2009 19:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyul / Trend , müxbir А.Bədəlova /

"Azərbaycan bütün Qafqaz regionundakı sabitlik üçün vacib ölkədir", - çərşənbə günü jurnalistlərə, Bakıya gəlmiş ATƏT-in fəaliyyətdə olan sədri, Yunanıstanın xarici işlər naziri Dora Bakoyannis deyib.

Səfərin məqsədi Azərbaycan və Yunanıstan arasındakı ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsidir. Bakoyannisin sözlərinə görə, bu gün Azərbaycan və Yunanıstan arasındakı münasibətlər çox yaxşı səviyyədədir.

"Mən buraya iki ölkə arasındakı münasibətlərin irəliləyişinə əmin olmaq üçün gəlmişəm", - nazir bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti