...

Azərbaycan BMT-yə Qarabağ münaqişəsi ilə bağlı yeni qətnamə təqdim edə bilər – daimi nümayəndə

Siyasət Materials 8 İyul 2009 11:33 (UTC +04:00)
Azərbaycan BMT-yə Qarabağ münaqişəsi ilə bağlı yeni qətnamə təqdim edə bilər – daimi nümayəndə

Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir E.Tariverdiyeva /

Azərbaycan Birləşmiş Millətlər Təşkilatına (BMT) təqdim etdiyi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair qətnamə üzərində işləyir. Bu barədə jurnalistlərə Azərbaycan XİN-in 90 illiynə həsr olunmuş beynəlxalq konfransda Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev bildirib.

"Ola bilsin ki, yeni qətnamə təqdim olunacaq və ya əvvəl təqdim olunmuş qətnamə üzərində işlər davam etdiriləcək", - deyə Mehdiyev bildirib.

BMT Baş Assambleyası 2008-ci ilin martında qəbul olunan 62/243 saylı qətnaməsində üzv dövlətləri, beynəlxalq və regional təşkilatları "öz səlahiyyətləri çərçivəsində münaqişənin nizamlanması prosesinə səmərəli yardım göstərməyə" çağırıb. Baş Assambleya bu qətnamənin icra edilməsi barədə ətraflı məruzənin təşkilatın 63-cü sessiyasına təqdim edilməsi məsələsini Baş katibə həvalə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti