...

Gürcüstanda AH1N1 virusuna yoluxanların hamısı sağalıb

Siyasət Materials 11 Avqust 2009 13:21 (UTC +04:00)
Gürcüstanda AH1N1 virusuna yoluxanların hamısı sağalıb

Gürcüstan, Tbilisi, 11 avqust / Trend , N.Kirtsxlaiya /

Gürcüstanda AH1N1 virusuna yoluxan 13 nəfər tamamilə sağalıb. Bu barədə jurnalistlərə Xəstəliklərə Nəzarət üzrə Mərkəzin direktoru Paata İmnadze bildirib.  

O qeyd edib ki, ölkədə yeni yoluxma halları qeydə alınmayıb.  

Xatırladaq ki, Gürcüstanda virusa yoluxan 13 nəfər arasında 10 yaşlı uşaq da olub. Sözügedən virusa yoluxma hallarının hamısı yalnız xaricdən gələn şəxslərdə aşkar edilib, belə ki, virusa yoluxmuş vətəndaşlar ölkəyə əsasən Almaniya, İngiltərə və İspaniyadan gəliblər.

İmnadze ümid edir ki, sentybar ayında AH1N1 virusuna qarşı peyvənd hazır olacaq. Mərkəzdən bildirildiyi kimi, sözügedən peyvəndin  təhlükəsizliyi təsdiq olunduqdan sonra onun ölkəyə gətirilməsi mümkün olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti