...

ABŞ Əfqanıstana göndəriləcək hərbçilərin hazırlığında Gürcüstana kömək edəcək

Siyasət Materials 11 Avqust 2009 16:16 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 11 avqust / Trend , müxbir N.Kirsxaliya /

ABŞ Gürcüstan ordusunun Əfqanıstana göndəriləcək hissəsini təlimatlandırmağı təklif edir. Bu barədə Tbilisidə keçirilən mətbuat konfransında ABŞ-ın dövlət katibinin köməkçisinin müavini Metyu Brayza bildirib.

O, qeyd edib ki, ABŞ tərəfinin planlarına silahlandırma və Gürcüstana silah daşınması daxil deyil, yalnız Əfqanıstana göndəriləcək hərbçilərin təlimatlandırılması nəzərdə tutulur.

"Rusiya da Əfqanıstandakı terrorizmə son qoymağın vacib olduğunu bilir", - Metyu Brayza bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti