...

Qaçeçiladze və Uqulavanın Tbilisi meri olmaq şansı daha yüksəkdir

Siyasət Materials 17 Avqust 2009 12:30 (UTC +04:00)
Qaçeçiladze və Uqulavanın Tbilisi meri olmaq şansı daha yüksəkdir

Gürcüstan, Tbilisi, 17 avqust / Trend , müxbir N.Kirtsxaliya /

"Gürcüstanın Müdafiəsi" ictimai hərakatının lideri Levan Qaçeçiladze və hazırkı mer Qiqi Uqulavanın növbəti ilin yazında Tbilisi şəhər meri olmaq şansı digərlərindən daha çoxdur. Bunu "Kviris" həftəliyinin 391 respondent arasında keçirdiyi sorğu göstərib.

Qaçeçiladze səslərin 18,8 faizini, hazırkı mer isə 17,6 faizini toplayıb.

Digər namizədlər liderlərdən geri qalır. Leyboristlərin lideri Şalva Natelaşvili və "Bizim Gürcüstan - azad demokratlar" lideri İrakli Alasaniya səslərin 6,6 faizini toplayaraq üçüncü-dördüncü yerləri bölüşdürüb.

Gürcüstanın hazırkı xalq müdafiəçisi Sozar Subarini Tbilisinin meri görmək istəyən respindentlər 5,5 faiz təşkil edir.  

Digər namizədlər ümumilikdə səslərin 42,6 faizini toplayıb. Respondentlərin 2,3 faizi seçimini müəyyənləşdirməyib.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti