...

Türkiyə hakimiyyətinin kürdlərlə yeni dialoqu müsbət addımdır – Avropa Şurası Konqresinin prezidenti

Siyasət Materials 19 Avqust 2009 16:57 (UTC +04:00)
Avropa Şurasının Yerli və Regional İdarəetmə Konqresinin prezidenti Yan Mikallef bildirib ki, Türkiyə hakimiyyətinin kürd parlament partiyası - Demokratik Cəmiyyət Partiyası (DCP) ilə yeni dialoqu kürd probleminin həlli yolunda müsbət addımdır.
Türkiyə hakimiyyətinin kürdlərlə yeni dialoqu müsbət addımdır – Avropa Şurası Konqresinin prezidenti

Azərbaycan, Bakı, 19 avqust / Trend , müxbir Y.Ostapenko /

Avropa Şurasının Yerli və Regional İdarəetmə Konqresinin prezidenti Yan Mikallef bildirib ki, Türkiyə hakimiyyətinin kürd parlament partiyası - Demokratik Cəmiyyət Partiyası (DCP) ilə yeni dialoqu kürd probleminin həlli yolunda müsbət addımdır.

"Konqres hər zaman bu problemin əməkdaşlıq və Türkiyədə, xüsusilə də Anadolunun cənub-şərqində yerli və regional qurumların güclənməsi vasitəsilə sülh yolu ilə həllinə kömək etməyə tərəfdardır. Hadisələrin bu inkişafı, xüsusilə də kürd parlament partiyası DCP ilə yeni dialoq bütün türk milləti və Avropa üçün xoş xəbərdir", - Mikallef bildirib. Bu barədə Avropa Şurasının rəsmi məlumatında deyilir.

Bir neçə gün öncə hakim Ədalət və İnkişaf Partiyasının iclasında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə nə olur olsun bu problemi həll etməlidir.

"Biz bütün problemləri milli birlik yolu ilə həll edəcəyik", - Ərdoğan bildirib.

Türkiyənin hökumət başçısı DCP-nin lideri Əhmət Türk ilə görüşüb. Baş nazir bəyan edib ki, görüş müsbət keçib. Yaxın zamanlarda kürd probleminin nizamlanması aktiv mərhələyə qədəm qoyacaq. Türk bildirib ki, görüş tərəflər arasında dialoqun başlanğıcıdır.

Avropa Şurası Konqresinin başçısı Avropa Şurasının yerli və regional strukturlarının Türkiyə hökumətinin dialoq səylərini dəstəkləməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, bu, Türkiyədə yerli və regional demokratiyanın möhkəmlənməsi üçün tarixi imkan ola bilər.

Mikallef hesab edir ki, Anadolunun cənub-şərqində yerli hakimiyyət orqanlarının vəziyyəti haqqında müzakirələr Konqresin oktyabr ayında növbəti sessiyası zamanı Türkiyə hökuməti, yerli hakimiyyət orqanları və vətəndaş cəmiyyətləri üçün yerli özünüidarə orqanlarının gücləndirilməsi üçün səbəb ola bilər. O hesab edir ki, sessiya zamanı müzakirə ediləcək Konqresin yeni məruzəsi yerli və regional demokratiyanın yaxşılaşmasına kömək edə bilər.

"Mən bu istiqamətdə real inkişafa ümid edirəm" , - Mikallef bildirib.

Uzun illərdir davam edən kürd probleminin həlli məsələsi Türkiyədə əvvəllər də müzakirə edilib. Bu il bu məsələnin həlli çərçivəsində Türkiyə hakimiyyəti kürd dilində dövlət telekanalının və radiosunun yayımına icazə verib. Yaxın zamanlarda Türkiyənin cənub-şərqində əsasən kürdlərin yaşadığı yaşayış məntəqələrinə kürd adların qoyulmasına olan qadağanın aradan qaldırılması, həmçinin universitetlərdə kürd dilində təhsil istisna edilmir.

Terrorist Kürd İşçi Partiyası Türkiyə ərazisində kürdlərə muxtariyyətin verilməsi üçün silahlı mübarizə aparır. Bu münaqişə təxminən 40 min nəfərin ölümünə səbəb olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti