...

ABŞ Dövlət Departamenti Gürcüstanın müdafiəsinə köməyi davam etdirməyə hazırdır – səfir (EKSKLÜZİV)

Siyasət Materials 20 Avqust 2009 16:54 (UTC +04:00)

ABŞ, Vaşinqton, 20 avqust / Trend , müxbir N.Boqdanova /

ABŞ Dövlət Departamenti bundan sonra da Gürcüstanın müdafiə tələbatına kömək etməyə və Gürcüstan hökuməti ilə sıx əlaqədə işləməyi davam etdirməyə hazırdır. Gürcüstanın ABŞ-dakı səfiri Batu Kuteliye belə hesab edir.

"Bu yaxınlarda ABŞ Dövlət Departamenti aydın şəkildə Gürcüstanın müdafiə tələbatına kömək göstərməyi davam etdirməyə hazır olduğunu bildirib və Gürcüstan hökuməti ilə davamlı sıx əlaqədə işləmək əzmində olduğunu təsdiqləyib", - Kuteliya Trend -a deyib.

Onun sözlərinə görə, texniki normaların böyük işlərin yalnız bir hissəsi olmasına baxmayaraq, bu, yalnız yüksək potensial yox, həm də öhdəliklər deməkdir.

"Bu məqsədə çatmaq üçün dostlarımızın geniş dəstəyini yüksək qiymətləndiririk", - o deyib.

Kuteliyanın sözlərinə görə, Gürcüstan əvvəlki kimi NATO üzrə müttəfiqlərlə çox yaxşı hərbi münasibətlərə malikdir və alyansın standardlarının yerinə yetirilməsi məsələsi fəal şəkildə Gürcüstan-NATO Şurası çərçivəsində müzakirə olunur.

"Gürcüstan NATO-ya üzvlük yolundadır və bu da o deməkdir ki, ölkə silahlandırma standartı da daxil olmaqla blokun standardlarına uyğun olmalıdır", - Gürcüstanın səfiri Kuteliya belə hesab edir.

Ukrayna və Gürcüstanın daxil olması məsələsi üzrə NATO dövlətlərinin mövqeyi son aylarda dəyişməyib: alyansın standartları əvvəlki kimi qalır, lakin bu dövlətlər hələ ki, onlara uyğun deyil. Bu barədə NATO-nun rəsmi nümayəndəsi Ceyms Appaturay bildirib.

NATO ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə 2008-ci il 2-3 dekabr tarixli görüşündə alyansın iştirakçı ölkələri Tbilisinin blokun üzvlüyünə namizədlik statusu almağa hazır olmadığını hesab ediblər və NATO üzvlüyü üzrə fəaliyyət planının (ÜFP) verilməsini qeyri-müəyyən müddətə ertələyiblər. Gürcüstanın alyansa ÜFP alınmasına dair ilk ərizəsi 2008-ci ilin aprelində NATO-nun Buxarest samittində qəbul edilməmişdi. O zaman deyilmişdi ki, ölkə gələcəkdə blokun üzvü olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti