...

Gürcüstanın ətraf mühitin mühafizəsi və təbii resurslar naziri ABŞ-a rəsmi səfərə yola düşür

Siyasət Materials 12 Sentyabr 2009 12:17 (UTC +04:00)
Gürcüstanın ətraf mühitin mühafizəsi və təbii resurslar naziri Qoqa Xaçidze bu gün ABŞ-a rəsmi səfərə yola düşür.
Gürcüstanın ətraf mühitin mühafizəsi və təbii resurslar naziri ABŞ-a rəsmi səfərə yola düşür

Gürcüstan, Tbilisi, 12 sentyabr / Trend , müxbir N.Kirsxaliya /

Gürcüstanın ətraf mühitin mühafizəsi və təbii resurslar naziri Qoqa Xaçidze bu gün ABŞ-a rəsmi səfərə yola düşür.

Nazirlikdən bildirildiyi kimi, Xaçidzeninin rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-ın Daxili İşlər Departamentinin dəvəti ilə 10 günlük rəsmi səfərə yola düşür.

Səfərin məqsədi amerikalı həmkarların Arizonada qorunan ərazidə, Böyük Kanyon və Vaşinqton şəhər parkı əsasında təcrübəsinin öyrənilməsidir.

Səfər çərçivəsində Gürcüstan nümayəndə heyəti bir neçə ştata gedəcək və Daxili İşlər Departamentinin nümayəndələri ilə ikitərəfli əməkdaşlığın inkişafı perspektivlərini müzakirə edəcək.

Nümayəndə heyəti sentyabrın 22-də Gürcüstana qayıdacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti