...

Bakıda Neft Akademiyasında baş verən silahlı basqınla bağlı saxlanılanlar iştirakçı olublar - baş prokuror

Siyasət Materials 1 Oktyabr 2009 11:21 (UTC +04:00)
"Bakıda Neft Akademiyasında baş verən hadisə ilə bağlı cinayət işi üzrə hazırda dörd nəfər həbsdədir. Onlar cinayət törədilərkən Fərda Qədirovun köməkçiləri qismində iştirak ediblər, silahın qanunsuz ölkəyə keçirilməsinə köməklik göstəriblər və həmin cinayət hadisəsindən əvvəlcədn məlumatları olub”, - Trend News-un məlumatına görə, bu barədə cümə axşamı jurnlaistlərə baş prokuror Zakir Qaralov bildirib.
Bakıda Neft Akademiyasında baş verən silahlı basqınla bağlı saxlanılanlar iştirakçı olublar - baş prokuror

Azərbaycan, Bakı, 1 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın baş prokuroru bildirib ki, ilin sonunadək Bakıda Neft Akademiyasında baş verən silahlı basqınla bağlı cinayət işinin istintaqının yekunlaşdırılmasını təmin etməyə çalışacaqlar.

"Bakıda Neft Akademiyasında baş verən hadisə ilə bağlı cinayət işi üzrə hazırda dörd nəfər həbsdədir. Onlar cinayət törədilərkən Fərda Qədirovun köməkçiləri qismində iştirak ediblər, silahın qanunsuz ölkəyə keçirilməsinə köməklik göstəriblər və həmin cinayət hadisəsindən əvvəlcədn məlumatları olub", - Trend -un məlumatına görə, bu barədə cümə axşamı jurnlaistlərə baş prokuror Zakir Qaralov bildirib.

Aprelin 30-da, saat 09.30 radələrində ali məktəbin Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən "Qaz Neft Mədən" və "Neft Mexanikası" fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə "Makarov" tipli tapançadan atəş açıb. Atəş nəticəsində 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb.

Hadisəni törətmiş şəxs 29 yaşlı Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğlu ələ keçməsin deyə özünü öldürüb.

Onun üzərindən hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə (120.2.2), xüsusi amansızlıqla adam öldürmə (120.2.4), iki və ya daha çox şəxsi öldürmə (120.2.7), adam öldürməyə cəhd (29, 120.2.7) və qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə (228.1) maddələri ilə cinayət işi başlanıb.

Qaralovun sözlərinə görə, həmin cinyət işinə görə saxlanılanlar Nadir Əliyev, Arif Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanovdur.

"İstintaq-əməliyyat qrupu Ukrayna, Gürcüstan, Rusiya və Belarusda çoxsaylı istintaq hərəkətləri aparıb, indiyədək 1600-dan çox şahid dindirilib, 60-dan çox ekspertiza keçirilib", - baş prokuror vurğulayıb.

Xəbər lenti

Xəbər lenti