...

Gürcüstan leyboristlərinin lideri Talyavini komissiyasının qəbul etdiyi sənədlə əlaqədar Saakaşvilini istefa verməyə çağırır

Siyasət Materials 1 Oktyabr 2009 16:44 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 01 oktyabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan leyboristlərinin lideri Şalva Natelaşvili Talyavini komissiyasının qəbul etdiyi sənədlə əlaqədar Saakaşvilini istefa verməyə çağırır. Leyboristlər Partiyasının lideri bu barədə bugünkü mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Avropa İttifaqının Rusiya-Gürcüstan münaqişəsinin səbəblərini araşdıran komissiyası müharibənin başlamasında Gürcüstanı günahlandırıb ki, bu da Saakaşvilinin "əməyinin" nəticəsidir.

Natelaşvilinin sözlərinə görə, sənədin birinci və ikinci bəndlərində Gürcüstan birbaşa müharibəni başlamaqda günahlandırılır. Sənədin digər bəndləri isə "lirika" və "cəfəngiyat"dan başqa bir şey deyil. O hesab edir ki, komissiyanın qərarı Gürcüstanın beynəlxalq izolyasiyası, ölkənin bölünməsi, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması üçün bəhanə ola bilər.

Leyboristlərin lideri deyib ki, əgər bütün bunların müəllifi olan Saakaşvili istefa verərsə, bir sıra bəlalardan, həmçinin prezidentin özünün də Haaqa tribunalından xilas olması mümkün olar.

O, Balkanları misal gətirərək deyib ki, belə bir sənədin qəbul olunması Yuqoslaviyanın bölünməsinə səbəb olmuşdu.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti