...

Tbilisidə GUAM ölkələrinin "Ticarət və nəqliyyata yardım layihəsi" idərə komitəsinin iclası keçiriləcək

Siyasət Materials 29 Oktyabr 2009 11:29 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 29 oktyabr / Trend , müxbir N.Kirtsxalia/

Bu gün Tbilisidə GUAM ölkələrinin "Ticarət və nəqliyyata yardım layihəsi" idərə komitəsinin 11-ci iclası keçiriləcək. "Redisson" mehmanxanasında keçiriləcək görüşdə Gürcüstan, Azərbaycan, Ukrayna və Moldovanın gömrük administrasiyası və sərhəd idarələrinin nümayəndələri iştirak edəcəklər.

Gürcüstan tərəfdən görüşdə Malliyə Nazirliyinin gəlir xidmətinin rəisi iştirak edəcək.

İclasdan sonra Gürcüstanın Gəlir Xidməti ilə Ukraynanın Dövlət Gömrük Xidməti arasındakı razılaşmanın rəsmiləşdirilməsi planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti