...

Kərzainin legitimliyi pozulmayıb - parlament nümayəndəsi

Siyasət Materials 2 Noyabr 2009 18:35 (UTC +04:00)
Əfqanıstan Parlamentinin Daxili təhlükəsizlik komissiyasının sədr müavini Xalid Poştunun fikrincə, Kərzainin hakimiyyətinin legitimliyi pozulmayıb.
Kərzainin legitimliyi pozulmayıb - parlament nümayəndəsi

Azərbaycan, Bakı, 02 noyabr / Trend , müxbir D.Xatınoğlu/

Əfqanıstan Parlamentinin Daxili təhlükəsizlik komissiyasının sədr müavini Xalid Poştunun fikrincə, Kərzainin hakimiyyətinin legitimliyi pozulmayıb.

Poştun Trend -a telefonla Kabildən bildirib ki, Abdullah Abdullah seçkilərdən imtina etsə də, seçkiləri boykot etməmişdi. "Qanunvericiliyə görə, Kərzainin prezident seçilməsi tamamilə düzgündür", - komissiyanın sədr müavini bazar ertəsi bildirib.

Kərzainin vahid namizəd olaraq qalması ilə əlaqədar Əfqanıstanda noyabrın 7-nə planlaşdırılan prezident seçkilərinin ikinci turu ləğv edilib. Bu barədə Əfqanıstanın Müstəqil Seçki Komissiyasının rəhbəri Davud Əli Nəcəfi telefonla Trend -a deyib.

Nəcəfi həmçinin qeyd edib ki, bu gün yerli vaxtla saat 16:00-da Həmid Kərzai Əfqanıstan Prezidenti elan ediləcək.

Poştunun sözlərinə görə, Kərzai Nazirlər Kabinetində Abdullahı yüksək vəzifəyə təyin etməyə  razılıq verəcək ki, bu da onun tərəfdarlarını qane edəcək.

Xəbər lenti

Xəbər lenti