...

Azərbaycan Prezidenti parlament tərəfindən qəbul olunan bir sıra sənədləri təsdiqləyib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 3 Noyabr 2009 18:25 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclis tərəfindən qəbul olunan 1981-ci il yanvarın 28-də Strasburqda imzalanmış "Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənməsi ilə əlaqədar şəxslərin qorunması haqqında" Konvensiyanı təsdiqləyib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti parlament tərəfindən qəbul olunan bir sıra sənədləri təsdiqləyib (ƏLAVƏ OLUNUB)

Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclis tərəfindən qəbul olunan 1981-ci il yanvarın 28-də Strasburqda imzalanmış "Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənməsi ilə əlaqədar şəxslərin qorunması haqqında" Konvensiyanı təsdiqləyib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlət başçısı, həmçinin "Kibercinayətkarlıq haqqında" 2001-ci il noyabrın 23-də Budapeşt şəhərində imzalanmış Konvensiyanı təsdiq edib.

Prezident İlham Əliyev "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyasının başa çatdırılmasının və Samur çayının su ehtiyatlarının bölüşdürülməsinin əsas prinsipləri haqqında" 2009-cu il iyunun 29-da Bakı şəhərində imzalanmış Birgə Bəyanatı təsdiq edib.

Dövlət başçısı, həmçinin "Azərbaycan Respublikası hökuməti və Suriya Ərəb Respublikası hökuməti arasında diplomatik, xidməti və ya xüsusi pasportlara malik şəxslərin viza tələbindən azad olunması haqqında" 2009-cu il iyulun 8-də Bakı şəhərində imzalanmış Sazişi təsdiq edib.

İlham Əliyev 2009-cu il iyulun 8-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası hökuməti və Suriya Ərəb Respublikası hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım və əməkdaşlıq haqqında" və "Azərbaycan Respublikası hökuməti və Suriya Ərəb Respublikası hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında" sazişləri təsdiq edib.

Xəbər lenti

Xəbər lenti