...

Azərbaycanın polis orqanlarında vakant olan orta rəis heyəti vəzifələrinə müsabiqə elan edilib

Siyasət Materials 6 Noyabr 2009 11:13 (UTC +04:00)
Azərbaycan Daxili İşlər Nazirliyi polis orqanlarında vakant olan orta rəis heyəti vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.
Azərbaycanın polis orqanlarında vakant olan orta rəis heyəti vəzifələrinə müsabiqə elan edilib

Azərbaycan, Bakı, 6 noyabr / Trend , müxbir K.Zərblıyeva/

Azərbaycan Daxili İşlər Nazirliyi polis orqanlarında vakant olan orta rəis heyəti vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.

DİN-dən cümə günü Trend -a verilən məlumata görə, müsabiqəyə cinayət axtarış üzrə müvəkkil (Astara, Lerik, Mingəçevir, Oğuz, Samux, Şəki, Yardımlı, Zərdab şəhər, rayon polis şöbələrində), təhqiqatçı (Ağstafa, Cəbrayıl, Balakən, Qəbələ, İsmayılllı rayon polis şöbələrində), polis sahə inspektoru (Astara, Ağstafa, Ağdaş, Daşkəsən, Gəncə, Gədəbəy, Xızı, Qax, Qusar, Quba, Lerik, Mingəçevir, Naftalan, Şəmkir, Şəki, Tovuz, Yardımlı, Zaqatala rayon polis şöbələrində), yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektor (Bərdə, Biləsuvar, Kürdəmir, Ucar, Dəvəçi, Gədəbəy, İmişli, Neftçala, Şəki, Tovuz, Yardımlı, Yevlax rayon polis şöbələrində) vəzifələr çıxarılıb.

Müsabiqədə iştirak etmək üçün ali hüquq və beynəlxalq hüquq təhsilli, boyu 165 santimetrdən aşağı (qadınlar 160 sm-dən), yaşı 30-dan yuxarı olmayan Azərbaycan vətəndaşları (yaşayış yeri üzrə Bakı, Sumqayıt və Abşeronda qeydiyyatda olanlar istisna olmaqla) iştirak edə bilərlər.

Sənədlər noyabrın 9-dan dekabrın 9-dək qəbul olunacaq. Müsabiqə test imtahanlarından və müsahibədən ibarətdir. Test imtahanları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçiriləcək.

Namizədlər hüquq, insan hüquqları ilə bağlı beynəlxalq aktlar və məntiqə aid sualları cavablandıracaqlar. Test imtahanlarından uğur qazananlar DİN-in Müsabiqə Komissiyası tərəfindən müsahibədən keçəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti