...

Gürcüstan XİN Aİ missiyasını aktiv olmağa çağırıb

Siyasət Materials 10 Noyabr 2009 20:45 (UTC +04:00)
Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandr Nalbandov bu gün Aİ müşahidəçi missiyası rəhbərinin müavini Jilyem Janvye ilə görüşüb.
Gürcüstan XİN Aİ missiyasını aktiv olmağa çağırıb

Gürcüstan, Tbilisi, 10 noyabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandr Nalbandov bu gün Aİ müşahidəçi missiyası rəhbərinin müavini Jilyem Janvye ilə görüşüb.

Gürcüstan XİN-in mətbuat və informasiya departamentindən verilən məlumata görə, Gürcüstan tərəfi noyabrın 4-də Sxinvali oyuncaq rejimi tərəfindən saxlanılan gürcüstanlı yeniyetmələrin azad edilməsi ilə bağlı Avropa İttifaqının müşahidəçi missiyasına müraciət edib.

Tərəflər bu və ya digər məsələlər üzrə məsləhətləşmə və əməkdaşlığın davam etdirilməsi ilə razılaşıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti