...

Azərbaycanın XİN rəhbəri Küveytin yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Siyasət Materials 16 Noyabr 2009 16:22 (UTC +04:00)
Küveytin Azərbaycandakı yeni səfiri Rəssan Əbdülbari Əl-Zəvari bazar ertəsi təyin olması haqqında etimadnamənin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib.
Azərbaycanın XİN rəhbəri Küveytin yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Azərbaycan, Bakı, 16 noyabr / Trend , müxbir V.Javoronkova/

Küveytin Azərbaycandakı yeni səfiri Rəssan Əbdülbari Əl-Zəvari bazar ertəsi təyin olması haqqında etimadnamənin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib. Bu barədə Trend -a XİN-in mətbuat xidmətindən bildirilib.

Səfir fəaliyyəti dövründə Azərbaycan və Küveyt arasında ikitərəfli münasibətlərin inkişafına xidmət edəcəyini bildirib.

Azərbaycanın XİN rəhbəri iki ölkənin əməkdaşlığının yüksək səviyyədə olduğunu qeyd edərək, səfiri təyin olunması münasibəti ilə təbrik edib.

Sonra tərəflər Yaxın Şərqdə və Cənubi Qafqazda gedən proseslər, o cümlədən qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti