...

Azərbaycan ABŞ ilə əməkdaşlığın daha da genişlənməsində maraqlıdır - xarici işlər naziri

Siyasət Materials 23 Noyabr 2009 18:56 (UTC +04:00)
Azərbaycan ABŞ ilə əməkdaşlığın daha da genişlənməsində maraqlıdır. Trend News-un məlumatına görə, bu barədə bazar ertəsi ölkəmizdə səfərdə olan ABŞ-ın müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini xanım Selest Uolanderlə görüşündə xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
Azərbaycan ABŞ ilə əməkdaşlığın daha da genişlənməsində maraqlıdır - xarici işlər naziri

Azərbaycan, Bakı, 23 noyabr / Trend , müxbir M.Əliyev/

Azərbaycan ABŞ ilə əməkdaşlığın daha da genişlənməsində maraqlıdır. Trend -un məlumatına görə, bu barədə bazar ertəsi ölkəmizdə səfərdə olan ABŞ-ın müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini xanım Selest Uolanderlə görüşündə xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

"Azərbaycan ABŞ ilə bütün sahələrdə sıx əməkdaşlıq edir və bu əməkdaşlığın daha da dərinləşdirilməsində ölkəmiz maraqlıdır", - Məmmədyarov deyib. Məlumatı XİN-in mətbuat xidməti yayıb.

Nazirin sözlərinə görə, ölkəmiz Əfqanıstanda yalnız təhlükəsizlik sahəsinə deyil, həmçinin humanitar, təhsil və əhalinin normal şəraitdə yaşamasına zəmin yaradan digər sahələrə də töhfə verib.

Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq, habelə regional və qlobal təhlükəsizlik mövzuları ətrafında fikir mübadiləsi aparııblar.

Xanım Uolander Azərbaycanın beynəlxalq antiterror əməliyyatlarına verdiyi töhfəsinin, habelə Əfqanıstanda sülhün və sabitliyin təmin olunması istiqamətində dəstəyinin ABŞ tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti