...

Bakıda hava limanında oğurluqla məşğul olan mütəşəkkil cinayətkar dəstənin üzvləri tutulub

Siyasət Materials 24 Noyabr 2009 15:18 (UTC +04:00)
Bakıda Heydər Əliyev adına Beynəlxalq Hava Limanında oğurluqla məşğul olan mütəşəkkil cinayətkar dəstənin üzvləri tutulub.
Bakıda hava limanında oğurluqla məşğul olan mütəşəkkil cinayətkar dəstənin üzvləri tutulub

Azərbaycan, Bakı, 24 noyabr / Trend , müxbir M.Əliyev/

Bakıda Heydər Əliyev adına Beynəlxalq Hava Limanında oğurluqla məşğul olan mütəşəkkil cinayətkar dəstənin üzvləri tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən çərşənbə axşamı Trend -a bildiriblər ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Heydər Əliyev adına Beynəlxalq Hava Limanında oğurluqla məşğul olan mütəşəkkil cinayətkar dəstənin üzvləri, Bakı şəhər sakinləri Turan Şahbazov və Ceyhun Məmmədov tutulubar. Onlar tutularkən Məmmədovdan 0,241 qram heroin götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti