...

Azərbaycanda qanunsuz dini ədəbiyyatlar müsadirə edilib

Siyasət Materials 26 Noyabr 2009 13:09 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend News-a verilən məlumata görə, Balakən rayon polis şöbəsi və Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsi əməkdaşları tərəfindən Balakən rayonundakı R.Səmədov küçəsində yaşayan Bahadur Muradovun mənzilindən qanunla qadağan olunmuş 27 ədəd dini kitab, dini məzmunlu 14 ədəd kompyuter diski, 2 ədəd videokaset və 6 ədəd vərəqə aşakar edilib.
Azərbaycanda qanunsuz dini ədəbiyyatlar müsadirə edilib

Azərbaycan, Bakı, 26 noyabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz dini ədəbiyyatlar müsadirə ediblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend -a verilən məlumata görə, Balakən rayon polis şöbəsi və Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsi əməkdaşları tərəfindən Balakən rayonundakı R.Səmədov küçəsində yaşayan Bahadur Muradovun mənzilindən qanunla qadağan olunmuş 27 ədəd dini kitab, dini məzmunlu 14 ədəd kompyuter diski, 2 ədəd videokaset və 6 ədəd vərəqə aşakar edilib.

Trend -un arayışı: Azərbaycanda 2008-ci ildə dini dözümsüzlüyü və ayrı-seçkiliyi təbliğ edən 59 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən öncə bildirilib ki, əvvəlki illərin statistikasının təhlili son vaxtlar ölkəyə zərərli dini ədəbiyyatın idxalının və yayılmasının azaldığını göstərir. Bu faktı Komitədə ekspertizadan keçirilən dini kitabların arasındakı zərərli dini ədəbiyyatın sayı da təsdiqləyir.

Muradova məxsus "Əhli-Beyt" adlı ətriyyat mağazasına baxış zamanı isə 43 ədəd dini kitab və broşür və 1 ədəd disk göturülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti