...

Azərbaycanın bir neçə müxalifət partiyasının təmsil olunduğu ittifaq deputatlığa namizədlərin siyahısını hazırlayıb

Siyasət Materials 7 Dekabr 2009 15:50 (UTC +04:00)
"İttifaqın Sədrlər Şurasının bu gün keçirilən iclasında üç partiya deputatlığa namizəd kimi irəli sürüləcək üzvlərinin siyahısını müzakirə üçün təqdim edib", - bazar ertəsi Trend News-a Demokratiya Uğrunda İttifaqda təmsil olunan Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib.
Azərbaycanın bir neçə müxalifət partiyasının təmsil olunduğu ittifaq deputatlığa namizədlərin siyahısını hazırlayıb

Azərbaycan, Bakı, 07 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın bir neçə müxalifət partiyasının təmsil olunduğu ittifaq deputatlığa namizədlərin siyahısını hazırlayıb.

"İttifaqın Sədrlər Şurasının bu gün keçirilən iclasında üç partiya deputatlığa namizəd kimi irəli sürüləcək üzvlərinin siyahısını müzakirə üçün təqdim edib", - bazar ertəsi Trend -a Demokratiya Uğrunda İttifaqda (DUİ) təmsil olunan Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib.

Trend -un arayışı: Azərbaycanda parlament seçkiləri 2010-cu ilin payızında keçiriləcək. Bundan əvvəlki seçki 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycan Parlamentinə seçkilər 125 dairə üzrə keçirilir.

Orucun sölərinə görə, ittifaq bütün dairələr üzrə namizəd irəli sürmək niyyətindədir. "Biz artıq Mərkəzi Seçki Qərargahı yaratmışıq və namizədlərin ilkin siyahılarının müəyyənləşdirilməsi prosesi başa çatmaq üzrədir", - partiya sədri əlavə edib.

Oruc deyib ki, DUİ-nin irəli sürəcəyi namizədlər arasında heç bir partiyanın üzvü olmayan, lakin cəmiyyətdə kifayət qədər tanınan insanlar da olacaq. "Bizim parlament seçkilərinə hazırlığa indidən start verməyimizin əsas səbəbi ümumi siyahını gələn ilin əvvəllərində müəyyənləşdirməkdir", - o vurğulayıb.

Partiya sədri Sədrlər Şurasının iclasında ittifaqın Məclisinin əsasnaməsinin təsdiqlənməsi haqqında qərar çıxarıldığını bildirib. "Növbəti iclasda Məclisin yaradılması elan olunacaq və onun üzvlərinin seçilməsinə başlanılacaq", - Oruc qeyd edib.

Dеmоkrаtiyа Uğrunda İttifаqı 2005-ci il parlamеnt seçkisindən sonra müxalifətçi Klassik Xalq Cəbhəsi, Azadlıq və Milli Demokrat partiyaları yаrаdıb. 2008-ci il sеntyаbrın əvvəllərində Böyük Azərbаycаn, nоyаbr аyındа isə Хаlq pаrtiyаlаrı DUİ-yə üzv qəbul оlunub. İttifаq bu pаrtiyaların məşvərət və əməkdaşlıq qurumudur. Oktyabr ayında Milli Demokrat Partiyası DUİ-dən çıxarılıb və Milli Qurtuluş Partiyasının quruma üzv qəbul olunması haqqında qərar verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti