...

Gürcüstanda "donuz qripi"nə yoluxanların sayı 465 nəfərə çatıb

Siyasət Materials 11 Dekabr 2009 20:31 (UTC +04:00)
Hazırda Gürcüstanda A/H1N1 virusuna laborator müayinələr nəticəsində təsdiqlənmiş 465 yoluxma halı qeydə alınıb.
Gürcüstanda "donuz qripi"nə yoluxanların sayı 465 nəfərə çatıb

Gürcüstan, Tbilisi, 11 dekabr / Trend , müxbir N.Kirsxaliya/

Hazırda Gürcüstanda A/H1N1 virusuna laborator müayinələr nəticəsində təsdiqlənmiş 465 yoluxma halı qeydə alınıb.

Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin məlumatına əsasən, "donuz qripi"nə 4 yaşadək 48 uşaq, 5-14 yaş arası 185 nəfər, 15-29 yaş arası 152 nəfər, 30-64 yaş arası 74 nəfər, 65 yaşdan yuxarı isə 2 nəfər yoluxub.

Dörd nəfərin yaşı məlum deyil.

Hazırda virusa yoluxanlardan üçünün vəziyyəti kritikdir.

İki xəstə ağır vəziyyətdə Tbilisi İnfeksion Xəstəxanasında və bir xəstə Batumi Respublika Xəstəxanasında müalicə alır.

Məqalə müəllfi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti