...

İsrailin moda sahəsindəki şirkəti Bakıda təmsil olunacaq – səfir

Siyasət Materials 4 Yanvar 2010 18:01 (UTC +04:00)
İsrail səfirliyi fevralın doqquzunda Azərbaycanı İsrailin kosmetika və moda sahələrindən olan firmaları ilə tanış etmək məqsədi ilə tədbir keçirəcək. Bu barədə İsrailin Bakıdakı səfiri Mixail Lavon Lotem bildirib, İzRus portalı yazır.
İsrailin moda sahəsindəki şirkəti Bakıda təmsil olunacaq – səfir

İsrailin moda sahəsindəki şirkəti Bakıda təmsil olnacaq - səfir

İsrail səfirliyi fevralın doqquzunda Azərbaycanı İsrailin kosmetika və moda sahələrindən olan firmaları ilə tanış etmək məqsədi ilə tədbir keçirəcək. Bu barədə İsrailin Bakıdakı səfiri Mixail Lavon Lotem bildirib, İzRus portalı yazır.

"Ümid edirəm ki, İsrailin xarici işlər naziri məhz həmin tədbirdə iştirak edə biləcək", - səfir deyib.

Onun sözlərinə görə, İsrailin xarici işlər naziri Aviqador Libermanın həmin tədbirdə iştirakı elit nümayəndələrini və hüquqi dairələri cəlb edəcək və həmin sahələrdə əməkdaşlığın inkişafına təkan verəcək.

İsrail XİN rəhbərinin Bakıya səfəri fevralın ortalarına planlaşdırılıb. Bu səfərə hazırlıq barədə danışıqlar İsrail XİN-in Mərkəzi Avropa və Avrasiya Departamentinin rəhbəri Pinxas Avivinin 2009-cu ilin dekabrında Bakıya gəlişi zamanı aparılıb.

Bu, İsral və Azərbaycanın ikitərəfli münasibətləri tarixində Libermanın Bakıya ilk səfəri olacaq.

Xəbər lenti

Xəbər lenti