...

Avropa Şurasının insan hüquqları üzrə komissarının Azərbaycana səfəri gözlənilir

Siyasət Materials 15 Yanvar 2010 15:05 (UTC +04:00)
Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammarberqin martın 1-5-də Azərbaycana ənənəvi monitorinq proseduru çərçivəsində səfəri gözlənilir. Bu barədə Trend News-a cümə günü AŞ-dəki mənbədən məlumat verilib.
Avropa Şurasının insan hüquqları üzrə komissarının Azərbaycana səfəri gözlənilir

Fransa, Strasburq, 15 yanvar / Trend , müxbir A.Qasımova/

Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammarberqin martın 1-5-də Azərbaycana ənənəvi monitorinq proseduru çərçivəsində səfəri gözlənilir. Bu barədə Trend -a cümə günü AŞ-dəki mənbədən məlumat verilib.

Səfər çərçivəsində Tomas Hammarberqin Azərbaycanın yüksəkvəzifəli rəsmiləri, Ombudsman Aparatının sədri, müxtəlif siyasi partiya və insan haqlarının qorunması sahəsində fəaliyyət göstərən QHT nümayəndələri, eləcə də digər şəxslərlə görüşlər keçirəcəyi nəzərdə tutulur.

Rəsmi xarakter daşıyan səfər zamanı AŞ komissarının insan haqları sahəsində təşkilat qarşısında Azərbaycanın götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vəziyyəti, son zamanlar bu sahədə görülmüş işlər və həyata keçirilmiş islahatlarla yaxından tanış olması planlaşdırılır.

Səfərin yekununa dair komissar tərəfindən müvafiq hesabatın hazırlanması və AŞ Nazirlər Komitəsinə təqdim edilməsi gözlənilir.

Tomas Hammarberq Azərbaycana son dəfə 2007-ci il sentyabrın ilk həftəsində səfər edib.

Xəbər lenti

Xəbər lenti