Azərbaycan Prezidenti İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru xanım Kventin Bryusa ölkənin milli bayramı - Avstraliya günü münasibətilə təbrik məktubu göndərib. Məlumatı bazar ertəsi AzərTac Dövlət İnformasiya Agentliyi yayıb.
"Azərbaycan ilə Avstraliya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, əlaqələrin genişlənməsi daim xalqlarımızın rifahına xidmət edəcək", - təbrik məktubunda deyilir.
Prezident General-Qubernatora möhkəm cansağlığı, işlərində uğurlar, dost Avstraliya xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.