Azərbaycan, Bakı, 01 fevral / Trend , müxbir H.Bağırov/
Azərbaycan paytaxtında avtomobillərdən oğurluq edən mütəşəkkil dəstə tutulub.
Nəsimi rayon Polis İdarəsindən Trend -a verilən məlumata görə, rayonun Həsənbəy Seyidzadə küçəsində Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Emil Əkbərova məxsus "Mitsubişi" markalı avtomobildən xeyli sayda geyim əşyaları oğurlayan mütəşəkkil dəstənin üzvləri zərərsizləşdirilib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobildən oğurluq edən Türkiyə vətəndaşı, 1985-ci il təvəllüdlü Durmuş Dəniz Abdulkadir oğlu, İmişli rayon sakini, 1991-ci il təvəllüdlü Emin Qasımov və Mingəçevir şəhər sakini, 1982-ci il təvəllüdlü Taleh Mənsimov saxlanılıblar.
Araşdırmalar nəticəsində dəstə üzvlərinin paytaxtda bir neçə avtomobildən oğurluq etmələri müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam edir.