Almaniyada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də 46-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Berlindən Münxenə yola düşdü, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycanın və Almaniyanın dövlət bayraqlarının dalğalandığı Berlin şəhərinin "Tegel" hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısı İlham Əliyevi Almaniyanın yüksək vəzifəli rəsmi şəxsləri böyük hörmət və ehtiramla yola saldılar.
Həmin gün axşam Prezident İlham Əliyev Münxen şəhərinə gəldi.