...

ATƏT Azərbaycanda Parlament seçkiləri üzrə tövsiyələrini təqdim edib (FOTO)

Siyasət Materials 8 Aprel 2010 15:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir M.Əliyev/

ATƏT 2010-cu ildə ökədə Parlament seçkilərinin keçirilməsi və hazırlanmasında tövsiyələr üzrə Azərbaycanın 16 partiyasının iştirakı ilə cümə axşamı müzakirələr təşkil edib.

"ATƏT-in əsas tövsiyələri azad toplaşmaq hüququ, seçki yekunlarının nəticələrinə təsir etmək məqsədi ilə dövlət resurslarından istifadənin yolverilməzliyi, həm yerli, həm də xarici müşahidəçilər üçün şəraitin yaradılması, səslərin hesablanması zamanı bütün beynəlxalq standartlara riayət edilməsi ilə əlaqədardır", - bu barədə ATƏT-in Demokratik Təsisatlar İnsan Haqları Bürosu direktorunun birinci müavini Duqlas Beyk jurnalistlərə bildirib.

"Qanunvericiliyə uyğun seçkilərin keçirilməsi üçün bənzər müzakirələrin təşkili lazımdır", - "Yeni Azərbaycan Partiyası"nın icraçı katibi Əli Əhmədov jurnalistlərə bildirib.

Müzakirələr zamanı ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel bildirib ki, təşkilat beynəlxalq standartlara və ATƏT-in üzərinə götürdüyü öhdəliklərə uyğun seçkilərin keçirilməsi və seçki prosesinin təkmilləşdirilməsi üzrə vətəndaş cəmiyyətinə və siyasi partiyalara, hökumətə dəstək göstərməyə hazırdır.

Bu gün ATƏT-in Bakı ofisində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun tövsiyələri əsasında "dəyirmi masa" keçiriləcək. Siyasi partiyaların, vətəndaş cəmiyyətlərinin və beynəlxalq ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə müzakirələrin əsas mövzusu "Toplaşmaq azadlığı haqqında" qanunun icrası ilə əlaqədar məsələlər, seçki kampaniyasının keçirilməsi məsələləri, həmçinin, seçki prosesinə qanunsuz müdaxilə edilməsi məsələləri olub.

Xəbər lenti

Xəbər lenti