...

Azərbaycanda doğum haqqında məlumatın verilmə müddəti dəyişdirilib

Siyasət Materials 20 Aprel 2010 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin çərşənbə axşamı keçirilən iclasında Ailə Məcəlləsinə dəyişiklik və əlavələr qəbul olunub.

"Ailə Məcəlləsinin 167-ci maddəsinə edilən dəyişikliyə görə, doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci bir ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir", - Trend-in məlumatına görə, çərşənbə axşamı Milli Məclisin iclasında Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib.

Quliyevin sözlərinə görə, bundanəvvəlki variantda həmin müddət 3 ay nəzərdə tutulurdu.

"Bu dəyişikliyə uyğun olaraq İnzibati Xətalar Məcəlləsnə də əlavə nəzərdə tutulub. Həmin əlavəyə görə, tibb müəssisəsi tərəfindən doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanına dərhal ötürülməsinə və ya düzgün olmayan məlumatın götürülməsinə görə xəbərdarlıq ediləcək", - millət vəkili əlavə edib.

Komitə sədrinin müavini deyib ki, eyni qanun pozuntusuna görə vəzifəli şəxslər yüz manatdan üç yüz manatadək cərimə ediləcəklər: "Üzrlü səbəblər olmadan valideynlər tərəfindən doğumun qeydə alınması üçün qanunvericiliklə müəyyən edilmiş müddətdə müraciət olunmamasına görə xəbərdarlıq ediləcək və ya on manat miqdarında cərimə ediləcəklər", - Quliyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti