...

Azərbaycan Prezidenti ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar Bakıda keçirilən gül bayramında iştirak edib

Siyasət Materials 10 May 2010 12:13 (UTC +04:00)
Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar Bakıda, ulu öndərin adını daşıyan sarayın qarşısındakı parkda möhtəşəm gül bayramı təşkil edilib.
Azərbaycan Prezidenti ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar Bakıda keçirilən gül bayramında iştirak edib

Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar Bakıda, ulu öndərin adını daşıyan sarayın qarşısındakı parkda möhtəşəm gül bayramı təşkil edilib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva gül bayramında olublar.

Dövlətimizin başçısına məlumat verilib ki, səhər tezdən başlayaraq paytaxt sakinləri Bakı şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə xarici ölkələrdən gətirilmiş gül-çiçəklə bəzədilən parka gəlirlər. Gül bayramında dünyanın bir çox ölkələrindən gətirilmiş müxtəlif güllərdən istifadə olunub.

Prezident İlham Əliyev və xanımı ulu öndərin abidəsini ziyarət ediblər, gül-çiçəyə qərq olmuş parkın gözəlliyi ilə tanış olublar.

Dövlətimizin başçısı və xanımı ümummilli lider Heydər Əliyevin güllərdən yığılmış portreti önündə xatirə şəkli çəkdiriblər.

Xəbər lenti

Xəbər lenti