...

Azərbaycanın müxalifət partiyasının deputatlığa namizədlərinin sayı 41-ə çatdı

Siyasət Materials 18 May 2010 15:39 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyası deputatlığa növbəti on nəfərin namziədliyi ilə bağlı qərar verib.
Azərbaycanın müxalifət partiyasının deputatlığa namizədlərinin sayı 41-ə çatdı

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın müxalifət partiyası deputatlığa növbəti on nəfərin namziədliyi ilə bağlı qərar verib.

"Partiyanın üzvləri Adil Musayev 48 saylı Yevlax, İlqar İsmayılov 23 saylı Nəsimi-Səbail, Kamal Hüseynov 8 saylı Binəqədi 1-ci seçki dairələrindən namizəd olacaqlar", - çərşənbə axşamı Trend-ə Azərbaycan Demokrat Partiyasının (ADP) mətbuat xidmətindən bildirilib.

Trend-in arayışı: Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Partiyanın digər üzvləri İlkin Hümmətov 62 saylı Saatlı, Muraz Xəlilov 38 saylı Nizami 2-ci (Gəncə şəhəri), Əli Rəfiyev 47 saylı Mingəçevir, Binnət Paşayev 25 saylı Nizami 2-ci, Mübariz İsmayılov 110 saylı Zaqatala, Söhbət Kəlbəliyev 20 saylı Nərimanov 2-ci və Eynulla Zalıyev 71 saylı Masallı kənd seçki dairəsindən namziədliklərini irəli sürəcəklər.

ADP bundan əvvəl partiyadan olan 31 nəfər namizədin qatılacağı dairələrin adlarını açıqlayıb. Beləliklə, parlament seçkilərində iştirak edəcək 41 namizədin adı bəlli olub. ADP parlament seçkilərində 70-dən çox dairədən deputatlığa namizəd irəli sürmək niyyətindədir.

Sаğ təmаyüllü partiya olan ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən təsis edilib. Partiya 2007-ci ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. 2008-ci ilin yanvarında ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib. Buna etiraz olaraq keçmiş sədr Rəsul Quliyev və tərəfdarları ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Partiyasını yaradıblar.

Xəbər lenti

Xəbər lenti