...

Gürcüstan nümayəndə heyəti "Şərq tərəfdaşlığı" ministerialında iştirak edib

Siyasət Materials 26 May 2010 12:48 (UTC +04:00)
Polşanın Sopot şəhərində Gürcüstanın Baş naziri Georgi Baramidzenin başçılıq etdiyi nümayəndə heyətinin qatıldığı "Şərq tərəfdaşlığı" ölkələrinin qeyri-rəsmi ministerialı keçirilib.
Gürcüstan nümayəndə heyəti "Şərq tərəfdaşlığı" ministerialında iştirak edib

Gürcüstan, Tbilisi, 26 may /Trend, müxbir N.Kirsxaliya/

Polşanın Sopot şəhərində Gürcüstanın Baş naziri Georgi Baramidzenin başçılıq etdiyi nümayəndə heyətinin qatıldığı "Şərq tərəfdaşlığı" ölkələrinin qeyri-rəsmi ministerialı keçirilib.

Görüşün əsas mövzusu "Şərq tərəfdaşlığı" siyasəti olub.

"Şərq tərəfdaşlığı" bizim üçün prinsipial əhəmiyyət daşıyır və vizasız rejim, qarşılıqlı razılaşmalar və azad ticarət rejimi kimi mövzuları əhatə edir. Bütün bunlar bizə Avropa İttifaqı ilə faktiki inteqrasiyaya gətirib çıxaracaq", - Baramidze bəyan edib.

Görüşdə Gürcüstan nümayəndə heyəti Rusiya - Gürcüstan arasındakı münasibətlər və Avropa İttifaqının iki ölkə arasındakı münaqişənin həllində roluna xüsusi diqqət yetirib.

Baramidzenin sözlərinə görə, bu cür görüşlər böyük əhəmiyyət kəsb edir; belə ki, Gürcüstan beynəlxalq ictimaiyyəti ölkədə keçirilən demokratik və iqtisadi islahatlarla tanış etmək və onların dəstəyini almaq imkanı qazanır.

Səfər çərçivəsində Gürcüstanın Baş nazir müavininin Fransanın Avropa işləri üzrə naziri, İsveçin, Polşanın, Belarusun, Moldovanın xarici işlər nazirləri və Avropa qonşuluq siyasətinin genişlənməsi üzrə məsələlərin Avropa komissarı Ştefan Füle ilə qeyri-rəsmi görüşləri təşkil edilib.

Xəbər lenti

Xəbər lenti