...

Humanitar karvanın silahlı hücuma məruz qalması məsələsi beynəlxalq aləm tərəfindən araşdırılacaq - Milli Məclisin mətbuat xidmətinin rəhbəri

Siyasət Materials 2 İyun 2010 13:01 (UTC +04:00)
Mətbuat xidmətinin rəhbəri məlum hadisədən hər kəsin narahatlıq keçirdiyini və terroru pislədiyini deyib.
Humanitar karvanın silahlı hücuma məruz qalması məsələsi beynəlxalq aləm tərəfindən araşdırılacaq - Milli Məclisin mətbuat xidmətinin rəhbəri

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Humanitar karvanın silahlı hücuma məruz qalması məsələsi beynəlxalq aləm tərəfindən araşdırılacaq. Trend-in verdiyi məlumata görə, bu barədə çərşənbə günü jurnalistlərə açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov bildirib.

Mətbuat xidmətinin rəhbəri məlum hadisədən hər kəsin narahatlıq keçirdiyini və terroru pislədiyini deyib.

İsrail xüsusitəyinatlıları bazar ertəsinə keçən gecə 6 gəmidən ibarət "Azadlıq donanması"nın ələ keçirilməsi üzrə əməliyyat həyata keçirib. Gəmilərdə humanitar yüklə yanaşı, blokada altında olan Fələstin anklavına gedən 600 hüquq müdafiəçisi olub. Onların əksəriyyəti Türkiyə vətəndaşı olub. Dünya KİV-in məlumatına görə, əməliyyat zamanı 19 nəfər həlak olub; israillilər isə 9 nəfərin öldüyünü təsdiqləyir.

Xəbər lenti

Xəbər lenti