...

Azərbaycanın xarici işlər nazirinin müavini İKT-nin təcili iclasında iştirak edib

Siyasət Materials 7 İyun 2010 20:24 (UTC +04:00)
Azərbaycanın xarici işlər nazirinin müavini Vaqif Sadıxov İslam Konfransı Təşkilatının (İKT) İcraiyyə Komitəsinin Ciddədə keçirilən Aralıq dənizində "Azadlıq donanması" ilə bağlı baş vermiş son hadisələrə həsr olunmuş təcili iclasında iştirak edib.

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir Ü.Sadıxova/

Azərbaycanın xarici işlər nazirinin müavini Vaqif Sadıxov İslam Konfransı Təşkilatının (İKT) İcraiyyə Komitəsinin Ciddədə keçirilən Aralıq dənizində "Azadlıq donanması" ilə bağlı baş vermiş son hadisələrə həsr olunmuş təcili iclasında iştirak edib. Azərbaycan bu məsələ ilə əlaqədar öz mövqeyini bildirib.

İKT-nin üzv ölkələri doqquz fəalın ölümü ilə nəticələnən İsrail Hərbi Dəniz Qüvvələrinin humanitar karvana qarşı hərəkətini kəskin şəkildə pisləyiblər və BMT-nin İnsan Haqları Komitəsinin iyunun 2-də qəbul edilmiş qətnaməsini yüksək qiymətləndiriblər. Bu barədə Azərbaycan XİN-in rəsmi bəyanatında deyilir.

Görüşün yekunu üzrə kommünike qəbul olunub.

Xəbər lenti

Xəbər lenti