...

Azərbaycanın müxalifət lideri ATƏT nümayəndələri ilə görüşüb

Siyasət Materials 23 İyun 2010 13:43 (UTC +04:00)
Müxalif Azərbaycan Demokrat Partiyasının (ADP) lideri Sərdar Cəlaloğlu çərşənbə günü ölkəmizdə səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkiqabağı qiymətləndirmə missiyasının nümayəndələri ilə görüş keçirib.
Azərbaycanın müxalifət lideri ATƏT nümayəndələri ilə görüşüb

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir T.Hacıyev/

Müxalif Azərbaycan Demokrat Partiyasının (ADP) lideri Sərdar Cəlaloğlu çərşənbə günü ölkəmizdə səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkiqabağı qiymətləndirmə missiyasının nümayəndələri ilə görüş keçirib. Bu barədə Trend-ə ADP-nin mətbuat xidmətindən məlumat veriblər.

Məlumatda bildirilir ki, görüşdə ölkədəki seçkiqabağı ictimai-siyasi vəziyyət, seçki qanunvericiliyi və ona edilən son əlavə və dəyişikliklər müzakirə predmeti olub. Müzakirələrdə qarşıdan gələn parlament seçkilərinin azad, ədalətli və bərabər şəkildə keçirilməsinin Azərbaycanın milli maraqları, demokratiyanın inkişafı və ölkəmizin Avropa məkanına inteqrasiyası baxımından zəruriliyi vurğulanıb. Görüşdə, həmçinin, qarşıdan gələn parlament seçkiləri ilə bağlı qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olunub.

Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Xəbər lenti

Xəbər lenti