...

Qazaxıstan ATƏT-in sədri kimi, Qırğızıstana yardım göstərmək üçün təşkilatın potensialından istifadə edilməsi üzrə əlindən gələni edir – təşkilatın sədri

Siyasət Materials 3 İyul 2010 14:40 (UTC +04:00)
Qazaxıstan ATƏT-in sədri kimi, Qırğızıstana yardım göstərmək üçün təşkilatın potensialından istifadə edilməsi üzrə əlindən gələni edir.
Qazaxıstan ATƏT-in sədri kimi, Qırğızıstana yardım göstərmək üçün təşkilatın potensialından istifadə edilməsi üzrə əlindən gələni edir – təşkilatın sədri

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir V.Javoronkova/

Qazaxıstan ATƏT-in sədri kimi, Qırğızıstana yardım göstərmək üçün təşkilatın potensialından istifadə edilməsi üzrə əlindən gələni edir. Bu barədə Trend-ə ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın dövlət katibi - xarici işlər naziri Kanat Saudabayev bildirib.

"ATƏT Qırğızıstandakı vəziyyətin birdəfəlik sülh şəraitinə qayıtmasında maraqlıdır və bununla bağlı biz iştirakçı dövlətləri və beynəlxalq strukturları qısa vaxt ərzində ölkəyə genişmiqyaslı yardım etmək üçün plan işləyib hazırlamağa çağırırıq", - nazir deyib.

Onun sözlərinə görə, ATƏT-in Qazaxıstan sədrliyi Qırğızıstanda siyasi sabitlikdə, konstitusiya quruluşunun bərqərar olmasında və fəaliyyət göstərən hakimiyyət orqanlarının legitimliyində ciddi addım sayılan ümumxalq referendumunun müvəffəqiyyətlə keçirilməsini alqışlayıb.

"Ümumilikdə biz yaxın qonşu kimi, yüzlərlə insanın həlak olması, minlərlə qaçqının və yaralının olması ilə nəticələnən Qırğızıstanda baş verən son hadisələri narahatlıq və təlaş hissi ilə qarşıladıq. Böhranın ilk günündən qonşu ölkəyə bütün mümkün köməyi göstərən Qazaxıstan, ölkədə tezliklə inam və tolerantlığın bərqərar olunmasında maraqlıdır və bundan sonra da həm ikitərəfli, həm də ATƏT-in fəaliyyətdə olan sədri qismində qardaş qırğız xalqına bu çətin böhrandan çıxmaqda lazımi kömək göstərməyə hazırdır", - Saudabayev qeyd edib.

Onun sözlərinə görə, indiki mərhələdə ATƏT, BMT və Aİ-nin xüsusi nümayəndələrinin Qırğızıstanda işləyib hazırladıqları çərçivə fəaliyyət planının tam, effektiv və vaxtında həyata keçməsi çox mühümdür. Çərçivə planında tezliklə yardımın göstərilməsi üçün dörd prioritet sahə müəyyənləşib: ictimai təhlükəsizlik, humanitar yardım, regional təhlükəsizlik, münaqişədən sonrakı bərqərar və barışıq.

"Bununla yanaşı, məhz indi dünya ictimaiyyəti Qırğızıstan hökumətinin asayişin və milli barışıq prosesinin təmin edilməsi üzrə imkanlarının dəstəklənməsi üçün iradə nümayiş etdirməlidir. ATƏT bu missiyaya öz layiqli töhfəsini verməyə hazırdır. Bu məqsədlə biz ATƏT-in Bişkəkdəki mərkəzini və onun Qırğızıstan regionlarındakı nümayəndəliklərini xeyli gücləndirməyi təklif edirik", - Saudabayev vurğulayıb.

Nazir hesab edir ki, ATƏT üzvü olan 56 ölkənin siyasi iradəsinin Qırğızıstanın təşkilat tərəfindən ehtiyacı olduğu köməyi almasına səfərbər olunması vacibdir.

Xəbər lenti

Xəbər lenti