...

Gürcüstan Rusiya ilə danışıqlara yalnız ərazilər işğaldan azad edildikdən sonra hazır olacaq - spiker

Siyasət Materials 7 İyul 2010 10:54 (UTC +04:00)
Gürcüstan Rusiya ilə danışıqlara yalnız Moskva işğal edilmiş ərazilərdən qoşunlarını çıxardıqdan sonra hazır olacaq. Bu barədə Gürcüstan Parlamentinin sədri David Bakradze Vladimir Putinin bəyanatını şərh edərkən bildirib.
Gürcüstan Rusiya ilə danışıqlara yalnız ərazilər işğaldan azad edildikdən sonra hazır olacaq - spiker

Gürcüstan, Tbilisi, 7 iyul /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Rusiya ilə danışıqlara yalnız Moskva işğal edilmiş ərazilərdən qoşunlarını çıxardıqdan sonra hazır olacaq. Bu barədə Gürcüstan Parlamentinin sədri David Bakradze Vladimir Putinin bəyanatını şərh edərkən bildirib.

Dünən Putin bəyan edib ki, Gürcüstan münaqişələrinin həll yolu zəmanətçi kimi Rusiyanın iştirakı ilə ikitərəfli danışıqlardır. O qeyd edib ki, Rusiya işğalçı deyil, Cənubi Osetiya və Abxaziyanı yalnız "azad edib".

"Rusiya "işğalçı" terminini qəbul etməlidir və ərazilərimizi azad etməklə, bu statusdan qurtulmalıdır", - Bakradze bildirib.

Onun sözlərinə görə, bu halda Gürcüstan - Rusiya münasibətlərində həll edilməyən məsələ olmayacaq. "Mən elə düşünmürəm ki, dialoq zamanı işğaldan başqa həll edilməyən məsələ olsun, lakin dialoq torpaqlar işğaldan azad edildikdən sonra ola bilər", - spiker vurğulayıb.

"Rusiya beynəlxalq normalar çərçivəsində hərəkət etməlidir". Beynəlxalq normalar isə ərazilərin işğaldan azad edilməsini nəzərdə tutur. Rusiya işğal faktını qəbul etməlidir və beynəlxalq hüquq çərçivəsində hərəkət etməlidir", - spiker deyib.

Xəbər lenti

Xəbər lenti