...

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili dəyişib

Siyasət Materials 8 İyul 2010 16:12 (UTC +04:00)
ABŞ-ın Azərbaycanda müvəqqəti işlər vəkili Donald Lu Bakıdakı vəzifəsindən azad edildi.
ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili dəyişib

Аzərbaycan, Bakı, 8 iyul, /Trend, müxbir V.Javoronkova/

ABŞ-ın Azərbaycanda müvəqqəti işlər vəkili Donald Lu Bakıdakı vəzifəsindən azad edildi.

Onu bu vəzifədə keçən həftə işə başlayan Adam Stirlinq əvəz edib. Bu barədə Trendə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildiriblər.

Bu vəzifəyə təyin olunana qədər Adam Stirlinq Dövlət Departamenti strukturunda, Ağ ev və Milli Təhlükəsizlik Şurasında Mərkəzi və Şərqi Avropa üzrə şöbə müdiri vəzifəsində çalışıb. O, həmçinin ABŞ-ın İsrail, Qazaxıstan, Belçika və Perudakı səfirliklərində işləyib.

Adam Stirlinq təcrübəli ABŞ diplomatı hesab olunur, fransız, ispan, Azərbaycan və rus dillərini bilir.

Evlidir, iki övladı var.

Xəbər lenti

Xəbər lenti