...

"İşğal" termini Gürcüstan və Rusiya arasındakı problemləri həll edə bilməyəcək – Fransa XİN rəhbəri

Siyasət Materials 15 İyul 2010 16:06 (UTC +04:00)
"İşğal" termini Gürcüstanla Rusiya arasındakı problemləri həll edə bilməyəcək. Bunu Fransanın xarici işlər naziri Bernar Kuşner Tbilisidəki "Avropa evi"ndə jurnalistlərin " Fransa da ABŞ kimi Rusiya-Gürcüstan problemi mövzusunda "işğal" terminindən istifadə etməyi planlaşdırırmı" sualına cavab verərkən deyib.
"İşğal" termini Gürcüstan və Rusiya arasındakı problemləri həll edə bilməyəcək – Fransa XİN rəhbəri

Gürcüstan, Tbilisi, 15 iyul /Trend, müxbir N.Kirsxaliya/

"İşğal" termini Gürcüstanla Rusiya arasındakı problemləri həll edə bilməyəcək. Bunu Fransanın xarici işlər naziri Bernar Kuşner Tbilisidəki "Avropa evi"ndə jurnalistlərin " Fransa da ABŞ kimi Rusiya-Gürcüstan problemi mövzusunda "işğal" terminindən istifadə etməyi planlaşdırırmı" sualına cavab verərkən deyib.

"Biz "işğal" sözündən istifadə edə bilərik, lakin bir söz problemi həll etmir. Biz Sarkozi-Medvedev sazişində göstərildiyi kimi, Rusiyanı öz qoşunlarını ilkin mərhələdə ərazilərdən çıxarmağa razı salmalıyıq. Hazırda Gürcüstanda yalnız Avropa İttifaqı missiyası fəaliyyət göstərir, o da ki, sərhədlərin bu tərəfində. Biz problemi həll etməyə çalışırıq", - Kuşner deyib.

Onun sözlərinə görə, bu problemin həlli üçün dünya ictimaiyyətinin qoşulacağı "dialoqa gedən yolu" tapmaq lazımdır.

Bununla yanaşı, Kuşner qeyd edib ki, Sxinvali regionu və Abxaziyaya beynəlxalq müşahidəçilərin göndərilməsinə ehtiyac var.

Xəbər lenti

Xəbər lenti