...

Peterburqda "Rusiya-Azərbaycan dostluğu avtoyürüşü - 2010" başlayıb

Siyasət Materials 16 İyul 2010 14:31 (UTC +04:00)
Peterburqda "Rusiya-Azərbaycan dostluğu avtoyürüşü - 2010" başlayıb
Peterburqda "Rusiya-Azərbaycan dostluğu avtoyürüşü - 2010" başlayıb

Cümə günü səhər tezdən Peterburqda "Rusiya-Azərbaycan dostluğu avtoyürüşü-2010" başlayıb. Bu barədə İTAR-TASS xəbər yayıb.

Ölkənin müxtəlif bölgələrinin 50-dən çox ekipajı Moskvaya istiqamət götürüb. Sonradan 3000 kilometrdən çox marşrut Novoçerkassk, Rostov-Don, Bakı və Mingəçevir şəhərlərindən keçəcək. Bütün nəqliyyat vasitələrinə iki ölkənin dövlət bayraqları vurulub. Böyük və kiçik şəhərlərdə Böyük Vətən müharibəsi iştirakçıları ilə görüşlər keçiriləcək, xatirə abidələrinə çiçəklər qoyulacaq. Bu tədbirlərdən biri Rostov vilayətinin Taqanroq şəhərində 7 may 1980-ci ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə açılan Sambesk təpələrindəki Şərəf abidəsində olacaq. Taqanroqu faşistlərdən azad edən 130-cu və 416-cı Azərbaycan motoatıcı diviziyasının döyüşçülərinə ucaldılan abidəni Bakı və Rostov heykəltəraş və arxitektorları layihələşdirib və tikiblər.

"Müharibədə qəhrəmancasına həlak olanların xatirəsinə baş əymək Rusiya və Azərbaycan xalqlarının müqəddəs borcudur. O vaxt biz birlikdə düşmənə qarşı sipər çəkmişik. Bu avtoyürüş məhz Böyük Qələbənin 61-ci ildönümünə həsr edilib", - avtoyürüşün rəhbəri Vladimir Bloxin deyib.

Avtoyürüşün iyulun 24-də Bakıda başa çatması planlaşdırılıb.

Layihənin təşkilatçısı qismində "Naviqator" və "Otkrıtaya zemlya" klubları və Rusiya-Azərbaycan Gənclər Təşkilatı çıxış ediblər. Avtoyürüş Sankt-Peterburq şəhərinin administrasiyası, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunun dəstəyi ilə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti