...

Elmar Məmmədyarov Niderland Krallığının Azərbaycandakı səfirini ölkəmizdəki fəaliyyətini başa vurması ilə əlaqədar qəbul edib

Siyasət Materials 13 Avqust 2010 15:38 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Niderland Krallığının Azərbaycandakı səfiri Yan Lukas van Hornu ölkəmizdəki fəaliyyətini başa vurması ilə əlaqədar qəbul edib.
Elmar Məmmədyarov Niderland Krallığının Azərbaycandakı səfirini ölkəmizdəki fəaliyyətini başa vurması ilə əlaqədar qəbul edib

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Niderland Krallığının Azərbaycandakı səfiri Yan Lukas van Hornu ölkəmizdəki fəaliyyətini başa vurması ilə əlaqədar qəbul edib.

XİN-in mətbuat xidmətinin cümə günü yaydığı məlumata görə, görüş zamanı səfir Y.L. van Horn Azərbaycanda Niderland Krallığının səfiri olmasından məmnunluğunu vurğulayıb.

İşlədiyi dövrdə ölkələr arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini söyləyən səfir, bu istiqamətdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə faydalı əməkdaşlığını qeyd edib.

Öz növbəsində, nazir Məmmədyarov səfir Yan Lukas van Horna xoş arzularını bildirib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Xəbər lenti

Xəbər lenti