...

Əmmanda Azərbaycan və İordaniya arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Siyasət Materials 6 Sentyabr 2010 18:24 (UTC +04:00)
Azərbaycan və İordaniya arasında iqtisadi əməkdaşlığın perspektivlərini Azərbaycanın bu ölkədəki səfiri Elman Araslı İordaniyanın sənaye və ticarət naziri, hökumətlərarası birgə komissiyanın həmsədri Amir əl-Hədidi ilə müzakirə edib.
Əmmanda Azərbaycan və İordaniya arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan və İordaniya arasında iqtisadi əməkdaşlığın perspektivlərini Azərbaycanın bu ölkədəki səfiri Elman Araslı İordaniyanın sənaye və ticarət naziri, hökumətlərarası birgə komissiyanın həmsədri Amir əl-Hədidi ilə müzakirə edib. Bu barədə Trend-ə bazar ertəsi səfirlikdən məlumat verilib.

Görüşdə ilin sonunadək Bakıda komissiyanın növbəti iclasının keçirilməsi, kənd təsərrüfatı və heyvandarlıq sahəsində birgə şirkətin yaradılması, bu məqsədlə Azərbaycan nümayəndə heyətinin oktyabrda İordaniyaya səfərinin həyata keçirilməsi, eləcə də Azərbaycanda İordaniya ticarət mərkəzinin təsis olunması məsələləri müzakirə olunub.

Nazir əl-Hədidi görüşdə əməkdaşlığın inkişafı üçün təklif və təşəbbüslərin qiymətləndirilməsinin vacib olduğunu qeyd edib.

Səfir Araslı İordaniyanın yeni kənd təsərrüfatı naziri Mazen Fuad Xasaunə ilə də görüşüb.

Azərbaycanlı diplomat naziri yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona işində uğurlar arzulayıb, eləcə də bu sahədə əməkdaşlığın perspektivlərini müzakirə edib.

Nazir ölkəsinin Azərbaycanla əməkdaşlığına böyük önəm verdiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti