...

ABŞ Prezidenti Ramazan bayramı münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Siyasət Materials 13 Sentyabr 2010 18:36 (UTC +04:00)
Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama Ramazan bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
ABŞ Prezidenti Ramazan bayramı münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama Ramazan bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məlumatı bazar ertəsi AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Hörmətli cənab Prezident, Ramazan bayramı münasibətilə Amerika xalqı adından Sizə və Azərbaycan xalqına ən xoş arzularımı yetirirəm. Ümid edirəm ki, başa çatan müqəddəs Ramazan ayı ailənizə və əzizlərinizə mərhəmət duyğuları və sevinc dolu anlar bəxş edib. Gələcək illərdə Sizə və xalqınıza sülh, cansağlığı və rifah arzulayıram", - təbrikdə deyilir.

Xəbər lenti

Xəbər lenti