...

Azərbaycanda keçiriləcək Parlament seçkiləri ilə bağlı MSK ilə ABŞ Səfirliyi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Siyasət Materials 22 Sentyabr 2010 15:10 (UTC +04:00)
Azərbaycanda keçiriləcək Parlament seçkisi ilə bağlı Mərkəzi Seçki Komissiyası ilə ABŞ Səfirliyi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.
Azərbaycanda keçiriləcək Parlament seçkiləri ilə bağlı MSK ilə ABŞ Səfirliyi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda keçiriləcək Parlament seçkisi ilə bağlı Mərkəzi Seçki Komissiyası ilə ABŞ Səfirliyi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

MSK mətbuat xidmətinin çərşənbə günü yaydığı məlumata görə, bu gün Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki müvəqqəti işlər vəkili Adam Sterlinq Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşüb.

ABŞ-ın Azərbaycanın dostu və strateji müttəfiqi olduğunu xatırladan MSK sədri, bu ölkənin müvəqqəti işlər vəkili ilə görüşdən məmnunluq duyduğunu bildirib.

MSK ilə ABŞ Səfirliyi arasında uzun müddətdən bəri sıx əməkdaşlığın mövcud olduğunu vurğulayan Adam Sterlinq, Azərbaycanın çox mühüm bir hadisə ərəfəsində olduğunu qeyd edib və Milli Məclisə seçkilərlə bağlı vəziyyətlə maraqlanıb.

Azərbaycanda Parlament seçkiləri noyabrın 7-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti