...

AVCİYA Parlament seçkiləri ilə bağlı regionlarda seminarlara start verib

Siyasət Materials 29 Sentyabr 2010 14:56 (UTC +04:00)
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafina Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahı Parlament seçkiləri ilə bağlı fəaliyyət proqramına uyğun olaraq, regionlarda seminarlara start verib.
AVCİYA Parlament seçkiləri ilə bağlı regionlarda seminarlara start verib

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafina Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahı Parlament seçkiləri ilə bağlı fəaliyyət proqramına uyğun olaraq, regionlarda seminarlara start verib.

AVCİYA-nın mətbuat xidmətinin çərşənbə günü yaydığı məlumata görə, assosiasiyanın 43 təlimçisi Seçki Qərargahının rəhbərliyi ilə respublikanın rayonlarında müşahidəçilərə treninqlər keçəcək.

Artıq Seçki Qərargahı əməkdaşlarından ibarət 2 qrup treninqlərə nəzarət etmək üçün rayonlara ezam edilib. Regionlarda treninqlərin 15 oktyabra qədər yekunlaşdırılması nəzərdə tutulub. Bundan sonra Bakı, Sumqayıt və Abşeron ərazilərində seçkilərin monitorinqində iştirak edəcək müşahidəçilərə təlimlər keçiləcək.

Azərbaycanda Parlament seçkiləri noyabrın 7-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti