...

Ayrı-ayrı siyasi liderlər arasında ziddiyyətlər Qırğızıstan xalqında əks olunmamalıdır – Feliks Kulov

Siyasət Materials 11 Oktyabr 2010 14:24 (UTC +04:00)
Qırğızıstandakı Parlament seçkilərindən sonra ayrı-ayrı siyasi liderlər arasında ziddiyyətlər qırğız xalqında əks olunmamalıdır. İlkin məlumatlara görə, "Ar-Namıs" Partiyasının lideri Feliks Kulov belə hesab edir.
Ayrı-ayrı siyasi liderlər arasında ziddiyyətlər Qırğızıstan xalqında əks olunmamalıdır – Feliks Kulov

Qırğızıstan, Bişkək, 11 oktyabr /Trend, müxbir N.Tanayev/

Qırğızıstandakı Parlament seçkilərindən sonra ayrı-ayrı siyasi liderlər arasında ziddiyyətlər qırğız xalqında əks olunmamalıdır. İlkin məlumatlara görə, "Ar-Namıs" Partiyasının lideri Feliks Kulov belə hesab edir.

MSK-nın ilkin məlumatına görə, Qırğızıstanda bazar günü keçirilən seçkilər nəticəsində Parlamentə beş siyasi partiya daxil olub. Bunlar "Ata-Yurd" Partiyası ("Vətən"), Sosial-Demokratlar Partiyası, "Ar-Namıs" ( "Ləyaqət") Partiyası ,"Respublika" Partiyası, "Ata-Məkan" ("Ata yurdu") partiyasıdır. Ölkə qanunvericiliyinə görə, Parlamentə düşmək üçün partiya səsvermə hüququ olan bütün vətəndaşların 5 faizdən çoxunun, eləcə də Bişkək və Oş da daxil olmaqla, respublika regionlarının hər birində səslərin 0,5 faizindən çoxunu qazanmalıdır.

Parlament seçkilərində səsvermə hüququ olan, demək olar, 2,85 milyon vətəndaşın 56 faizindən çoxu iştirak edib. 120 deputat mandatı uğrunda 29 partiya və partiya siyahısı üzrə 3 minə yaxın namizəd mübarizə aparıb.

Qırğızıstanın keçmiş Baş naziri Kulovun fikrincə, Parlamentdə yerlərin belə bölüşdürülməsi "daha çox mənəvi qələbədir".

"Partiyalardan heç biri üstünlük əldə etməyib, hamısı kiçik səmimi qruplarla keçib. Faktik olaraq, aşkar lider yoxdur. Mübarizənin nəticəsi fotofinişdə müəyyən olunacaq", - Kulov Trend-ə bildirib.

Onun sözlərinə görə, Parlamentə keçən hər bir partiyanın öz siyasi marağı var, lakin onlar arasında açıq barışmaz ziddiyyətlər yoxdur. Ona görə də ayrı-ayrı siyasi liderlər arasındakı fikir ayrılıqları qırğız xalqında əks olunmamalıdır.

Gələcək koalisiyaya gəldikdə, Kulov deyib: "Biz hələ koalisiya üzrə danışıqlar aparmırıq".

Xəbər lenti

Xəbər lenti