...

"Parlament-2010" seçki monitorinqi koalisiyası Azərbaycanda keçiriləcək parlament seçkilərində 80 dairədə monitorinq aparacaq

Siyasət Materials 1 Noyabr 2010 12:15 (UTC +04:00)
"Parlament-2010" seçki monitorinqi koalisiyası noyabrın 7-də Azərbaycanda keçiriləcək parlament seçkilərində 80 dairədə monitorinq aparacaq.
"Parlament-2010" seçki monitorinqi koalisiyası Azərbaycanda keçiriləcək parlament seçkilərində 80 dairədə monitorinq aparacaq

Azərbaycan, Sumqayıt, 01 noyabr /Trend, müxbir T.Hacıyev/

"Parlament-2010" seçki monitorinqi koalisiyası noyabrın 7-də Azərbaycanda keçiriləcək parlament seçkilərində 80 dairədə monitorinq aparacaq. Bunu bazar ertəsi koalisiyanın analitik qrupunun rəhbəri İbrahim Əliyev Sumqayıtda müşahidəçilər üçün təşkil olunan treninqlər zamanı bildirib.

"Dairələr üzrə 3400-ə yaxın müşahidəçimiz var. Bu gün Sumqayıt dairələri üzrə müşahidəçilərimizlə görüşürük. Çalışacağıq ki, müşahidəçilərimizi seçkilərə daha yaxşı hazırlayaq", - Əliyev qeyd edib.

Azərbaycanda parlament seçkiləri 2010-cu il noyabr ayının 7-də keçiriləcək.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Əliyevin sözlərinə görə, monitorinqdə iştirak edən müşahidəçilərin hamısı bitərəf şəxslərdir və heç bir partiyada təmsil olunmurlar. "Onların əsas missiyası seçkilərlə bağlı obyektiv informasiya verməkdir. Bizim maraqlarımız Azərbaycan xalqının maraqları və mənafeyidir", - o bildirib.

Sumqayıtda təşkil olunan tədbirdə müşahidəçilərə müşahidənin rolu və yeri, keçirilmə forması haqqında məlumat verilib.

Tədbirdə çıxışı zamanı koalisiya təmsilçisi Aydın Kərimov bildirib ki, demokratik seçkilərin keçirilməsi Azərbaycanın beynəlxalq aləmdəki rolunu və nüfuzunu artıracaq, beynəlxalq münasibətlərdəki mövqeyini gücləndirəcək. O qeyd edib ki, "Parlament - 2010" seçki monitorinqi koalisiyası müşahidə missiyasında tərəfsiz və qərəzsiz nəticə ortaya qoymaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti