...

Yalnız Rusiya ilə münasibətləri yaxşılaşdıraraq, Gürcüstanın ərazi bütövlüyünü bərpa etmək olar – Eduard Şevardnadze

Siyasət Materials 6 Dekabr 2010 14:29 (UTC +04:00)
Gürcüstanın eks-prezidenti Eduard Şevardnadze ölkənin hakim qüvvələrini Rusiya ilə "səmərəli" münasibətləri yoluna qoymağa çağırır. "Bu, Gürcüstanın ərazi bütövlüyünü bərpa etməyin yeganə yoludur", - bu barədə bu gün Gürcüstanın "Asaval-Dasavali" qəzetinə müsahibəsində eks-prezident bildirib.
Yalnız Rusiya ilə münasibətləri yaxşılaşdıraraq, Gürcüstanın ərazi bütövlüyünü bərpa etmək olar – Eduard Şevardnadze

Gürcüstan, Tbilisi, 6 dekabr /Trend, müxbir N. Кirsxaliya/

Gürcüstanın eks-prezidenti Eduard Şevardnadze ölkənin hakim qüvvələrini Rusiya ilə "səmərəli" münasibətləri yoluna qoymağa çağırır. "Bu, Gürcüstanın ərazi bütövlüyünü bərpa etməyin yeganə yoludur", - bu barədə bu gün Gürcüstanın "Asaval-Dasavali" qəzetinə müsahibəsində eks-prezident bildirib.

"Nə NATO, nə BMT, nə ATƏT öz qətnamələri ilə Gürcüstanın ərazi bötüvlüyünə bərpa edəcək, belə ki Rusiya bu qətnamələrə tabe olmur və öz oyununu oynayacaq. Onun böyük enerji, maliyyə və digər imkanları ilə bu, uzun müddət sürə bilər", - o, deyib.

Şevardnadze, həmçinin hesab edir ki, Gürcüstan rəhbərliyi tez-tez beynəlxalq təşkilatların müxtəlif qətnamələrində "işğal" terminindən istifadə etməməlidir. "Bu heç nə verməyəcək. Mənim prezidentliyim dövründə BMT Gürcüstanın xeyrinə səkkiz qətnamə qəbul edib, lakin onların heç biri Rusiya tərəfindən yerinə yetirilməyib", - o, vurğulayıb.

Eks-prezident hesab edir ki, Rusiya ilə yaxşı münasibətlərin bərpası mümkündür, çünki Moskva Şərq və Qərbin strateji əlaqələr mərkəzi olan Gürcüstana nəzarət etmək niyyətindədir. "Münasibətlərin bərpası üçün müəyyən perspektivlər var, lakin bunun üçün düzgün və qərarlı addımlar atmaq lazımdır", - o, deyib.

Şevardnadze vurğulayıb ki, hazırkı münaqişə xalqlar və dövlətlərin qarşıdurması deyil, yalnız iki ölkənin liderlərinin münaqişəsidir. "Mən inanmıram ki, Putin Gürcüstanın düşmənidir, axı mən onunla səmərəli işləmişəm", - o, vurğulayıb.

Xəbər lenti

Xəbər lenti