...

İranın nüvə məsələsində hələ ki irəliləyiş gözləməyə dəyməz – rusiyalı ekspert

Siyasət Materials 8 Dekabr 2010 09:00 (UTC +04:00)
İranın nüvə proqramı üzrə danışıqlarda irəliləyiş gözləməyə dəyməz. Siyasi və Hərbi Təhlil İnstitutunun Hərbi Proqnozlaşdırma Mərkəzinin rəhbəri Anatoli Sıqanok belə hesab edir.
İranın nüvə məsələsində hələ ki irəliləyiş gözləməyə dəyməz – rusiyalı ekspert

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir T.Konyayeva/

İranın nüvə proqramı üzrə danışıqlarda irəliləyiş gözləməyə dəyməz. Siyasi və Hərbi Təhlil İnstitutunun Hərbi Proqnozlaşdırma Mərkəzinin rəhbəri Anatoli Sıqanok belə hesab edir.

"İran nə qədər ki, bu problemi yaradacaq və ya onun həllindən qaçacaq, o zaman bu məsələdə irəliləyiş gözləməyə dəyməz, - Moskva Dövlət Universitetinin Dünya siyasəti fakültəsinin dekanı Sıqanok Moskvadan telefonla Trend-ə bilidirb. - Məhz buna görə də BMT Təhlükəsizlik Şurası hazırda İrana münasibətdə sanksiya tədbirləri qəbul edir".

Çərşənbə axşamı Cenevrədə İranın nüvə proqramı ilə bağlı danışıqların növbəti mərhələsi başa çatıb. Danışıqlarda Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa və Almaniyanın xarici işlər nazirlərinin müavinləri, eləcə də Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton iştirak edib. İranı danışıqlarda Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili təmsil edib.

İranla "altılıq" (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü - ABŞ, Çin, Rusiya, Fransa, Böyük Britaniya və Almaniya) arasında yüksək səviyyəli danışıqlar bazar ertəsi Cenevrədə başlayıb və onun gedişi zamanı tərəflər nüvə problemi də daxil olmaqla, məsələlərin geniş dairəsini müzakirə ediblər.

İranın "altılıq"la danışıqları 2009-cu ildə BAEA-nın İdarə Şurası səs çoxluğu ilə Qum şəhəri yaxınlığında uranın zənginləşdirilməsi üzrə ikinci zavodun inşasına görə İranı mühakimə edən qətnamə qəbul etdikdən və Tehranı "agentliyə bəyan edilməyən digər nüvə proqramlarının həyata keçirilməsi barədə qərar qəbul edilməməsi"ni təsdiq etməyə çağırdıqdan sonra dayandırılmışdı.

Rusiyalı ekspert hesab edir ki, danışıqlarda irəliləyişin əldə olunması hələ ki əlçatmazdır, çünki İran BMT TŞ-nin tələblərini yerinə yetirməyəcək.

"Mənə elə gəlir ki, İran atom bombasının yaradılması barədə məsələ qaldıran Koreya rəhbərliyinin hərəkətlərini çox diqqətlə izləyir, - Sıqanok bildirib. - Nüvə fəaliyyətinin dinc istiqaməti haqqında söhbət getməsə də, mən tamamilə İranın öz döyüş başlıqlarını işləyib hazırlaması variantını tamamilə məqbul hesab edirəm".

İranın nüvə proqramı BAEA-da onun gizli fəaliyyəti məlum olduqdan sonra - 2003-cü ildən etibarən narahatlıq doğurub. 2003-cü ilin sonunda İran Nüvə silahının yayılmaması haqqında Müqaviləyə əlavə Protokolu imzalayıb və uranın zənginləşdirilməsi üzrə işlərin dayandırıldığını könüllü elan edib. Lakin sonralar yenidən bu fəaliyyətə qayıdıb.

Zənginləşdirilmiş urandan nüvə silahının istehsalı üçün istifadə oluna bilər. Bununla yanaşı, o, atom elektrik stansiyaları üçün yanacaq kimi də vacibdir. Bir sıra dövlətlər, o cümlədən ABŞ İranın nüvə silahı yaratmağa cəhd etdiyinə əmindir və hadisələrin belə inkişafının dayandırılmasını tələb edir.

İndiyədək BMT Təhlükəsizlik Şurası altı qətnamə qəbul edib ki, onlardan dördü uranın zənginləşdirilməsini dayandırmağa və İrana qarşı sanksiyaların tətbiqinə yönəlib, qətnamələrdən ikisi isə xəbərdarlıq xarakteri daşıyır.

Xəbər lenti

Xəbər lenti